"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri cari qış transfer pəncərəsi zamanı "Şaxtyor"un hücumameyilli yarımmüdafiəçisi Georgiy Sudakovu almaqda şəxsi maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Alleqri klub rəhbərliyinə 21 yaşlı futbolçunun transferinin yaxın bir ay ərzində prioritet məsələyə çevrilməli olduğunu çatdırmağa çalışır. Əvvəllər, "Yuventus"un Sudakovu almaq üçün bir neçə dəfə cəhd etdiyi barədə məlumatlar ortaya çıxıb. Son məlumatlara görə, “qoca sinyora” yarımmüdafiəçinin transferi üçün “Şaxtyor”a 30 milyon avro təklif edib.

Qeyd edək ki, bu mövsüm Sudakov müxtəlif turnirlərdə 18 matçda iştirak edib, o, üç qol vurub və bir məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest