"Real"ın prezidenti Florentino Peres PSJ-nin hücumçusu Kilian Mbappe və "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı kluba cəlb etmək arzusunda olduğunu bildirib.

Matc.az xəbər verir ki,  "Real"ın prezidentinin hər iki transferi 2024-cü ildə birbaşa həyata keçirməyə çalışdığı bildirilib.Hücumçu Kilian Mbappe 2024-cü il yanvarın 1-dən azad agent kimi istənilən klubla transfer danışıqları apara  bilər. Mətbuatın yazdığına görə, "Real" və "Liverpul" fransalı futbolçunu transfer etmək üçün favorit sayılır.

Xatırladaq ki, norveçli hücumçu Erlinq Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. Bu müddət ərzində o, bütün yarışlarda 75 matçda iştirak edib, 71 qol vurub və 14 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest