"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda məşqçilik karyerasını bitirəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, Ançelotti bir müddət əvvəl "Real"la müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. Çalışdırıcı açıqlamasında deyib: “Bu mənim son işimdir. Nə vaxt təqaüdə çıxacağımı bilmirəm, amma təsdiq edə bilərəm ki, Madrid klubu mənim son iş yerim olacaq. Bəlkə 2026-cı il olacaq, bəlkə ondan sonra burada qala bilərəm. Bu, bizim uğurumuzdan asılı olacaq. 2026-cı ilə qədər və inşallah 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm, çünki Madridi sevirəm və burada qalmaq istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest