“Mançester Yunayted”də meydana çıxmayan hücumameyilli yarımmüdafiəçi Ceydon Sanço qış transfer pəncərəsində klubunu dəyişə bilər.
 
Matc.az xəbər verir ki, onunla "Yuventus" və "Leypsiq" klubları yaxından maraqlanır. Həmçinin onun keçmiş klubu Dortmund "Borusiyya"sı da Sançonun geri dönməsinə qarşı deyil.
 
Ceydon komandanın baş məşqçisi Erik ten Haq ilə münaqişəyə görə "qırmızı şeytanlar"da oyun vaxtı əldə edə bilmir. Bu mövsüm 23 yaşlı yarımmüdafiəçi cəmi 3 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest