"Atletiko"nun baş məşqçisi Dieqo Simeone qış transfer pəncərəsi barədə danışıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis bu müddətdə heyətə yeni oyunçu cəlb etməyəcəklərini açıqlayıb:
 
“Mən həmişə rəhbərliklə nəyi yaxşılaşdıra biləcəyimizi müzakirə edirəm. Buna əsaslanaraq, klub hazırda əlində olan heyəti təkmilləşdirməyə çalışacaq. Yeni transfer haqda düşünmürük”.
 
İspaniya çempionatının 18 turundan sonra “matrasçılar” 38 xal toplayıblar və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest