"Mançester Yunayted" "Bavariya"nın hücumçuları Erik-Maksim Çoupo-Motinq və Tomas Müllerlə maraqlanır. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Müllerin razılaşması çox çətin olsa, alman Münhen klubu ilə müqaviləsini iki həftə əvvəl uzatdığı üçün Çoupo-Motinqin transferi baş tuta bilər. Komandanın 34 yaşlı kamerunlu ilə 2024-cü ilin yayında başa çatan müqaviləsi var və nadir hallarda komandanın start heyətində meydana çıxır.

Qeyd edək ki, 2023-2024 mövsümündə Çoupo-Motinq "Bavariya"nın heyətində 19 matçda iştirak edib və 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest