"Olimpiakos" "Monako"nun vingeri Gelson Martinsi komandaya transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunan klubu transfer məbləğini açıqlamayıb. "Transfermarkt" portalının məlumatına görə, "Olimpiakos" 28 yaşlı portuqaliyalı üçün 3 milyon avro ödəyib.

Qeyd edək ki, Martins Portuqaliya millisinin heyətində 21 oyun keçirib və 2018-ci il dünya çempionatı və 2017-ci il Konfederasiyalar Kubokunda onun tərkibində iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest