03 Yanvar 2024, 19:30
FUTBOL
Nigeriya millisinin yarımmüdafiəçisi Vilfred Ndidi qarşıdan gələn Afrika Millətlər Kubokunu buraxacaq.
Matc.az xəbər verir ki, "Lester"in 27 yaşlı futbolçusu zədə səbəbindən millinin turnirdən kənarlaşdırılıb. Ndidinin yerinə "Antverpen"dən yarımmüdafiəçisi Əlhəsən Yusuf çağırılıb.
Qeyd edək ki, Afrika kuboku yanvarın 13-dən fevralın 11-dək Fil Dişi sahilində keçiriləcək. Nigeriya millisi Ekvatorial Qvineya, Fil Dişi Sahili və Qvineya-Bisau ilə mübarizə aparacaq A qrupunda yer alıb.