03 Yanvar 2024, 20:00
FUTBOL
"Barselona"nın müdafiəçisi Markos Alonso uğurla əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçunun bel nahiyəsində yaranan problemlərə görə cərrahiyyə əməliyyatı tələb olunub. Klub Alonsonun sağalması üçün bir müddət göstərməyib. O, zədəsi səbəbindən noyabr ayından bəri oynamır. Sol cinah müdafiəçisi bu mövsüm 7 oyuna çıxıb. Onlardan 4-ü start heyətində, cəmi 301 dəqiqə oynayıb. Qeyd edək ki, "Barselona"nın futbolçusu kimi Alnso ümumilikdə 44 oyuna çıxıb və 3 qol vurub.
Xatırladaq ki, Alonsonun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır və bir il müddətinə uzadılması variantını özündə ehtiva edir.