03 Yanvar 2024, 21:00
FUTBOL
Azərbaycan millisinin üzvü Musa Qurbanlının “Yurqorden”də qalıb-qalmayacağı bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Andersson yerli mətbuata müsahibəsində deyib: "O, 2024-cü ildə komandada qalacaq. Musa Qurbanlı ötənmövsümkü çıxışından məyusdur. O, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır. Cəmi altı aydır ki, Musa Qurbanlı bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır".
Qeyd edək ki, Musanın komandası ilə müqaviləsi 2026-cı ilə qədərdir.