Qış fasiləsində “Zirə”də ilk ayrılıq baş verib. Matc.az “Sport.ua” nəşrinə istinadən xəbər verir ki, Vladislav Kulaç paytaxt təmsilçisindən ayrılıb.

2023-cü ilin əvvəlində “Zirə”yə keçən ukraynalı artıq azad agent statusu alıb. Buna səbəb onun müqavilə müddətinin başa çatmasıdı. Tərəflər yeni sözləşmə imzalamayıblar.

Qeyd edək ki, Vladislav Kulaç “Zirə”nin heyətində ümumilikdə 24 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest