04 Yanvar 2024, 13:23
FUTBOL
“Roma”nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna can atmadığını bildirib:
“Braziliya millisi məni yeni baş məşqçi olmağa çağırmadı. Agentimə dedim ki, “Roma”nın baş məşqçisi olduğum müddətdə heç kimlə danışmasın. “Roma”nın sahiblərinə yüz faiz güvənirəm. Mən onları həmişə məlumatlandırmışam, o cümlədən Portuqaliya millisi, Səudiyyə Ərəbistanı klubu mənə zəng edəndə”.
Qeyd edək ki, 60 yaşlı portuqaliyalı 2021-ci ilin yayından “Roma”nı çalışdırır.