2023-cü ildə ən çox qol vuran müdafiəçilər bəlli olub. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.

“Reyncers”in üzvü Ceyms Tavernye yenə siyahıda birinci yeri tutub. 32 yaşlı müdafiəçi ötən il 26 qol vurub. Tavernye onlardan 14-nə penaltidən imza atıb.

Yeni Zelandiyanın “Vellinqton Olimpik” klubunun oyunçusu Benjamin Mata 21 qolla ikinci, Çexiya “Sparta”sından Ladislav Kreyçi 20 qolla üçüncü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest