04 Yanvar 2024, 15:08
FUTBOL
“Mançester Siti” hücumçusu Erlinq Halanddan şad xəbər alıb. Matc.az xəbər verir ki, norveçli forvard məşqlərə başlayıb.
Klubun mətbuat xidməti ulduz futbolçunun zədəsini tam sağaltdığını və fərdi məşqləri bərpa etdiyini açıqlayıb. Haland tezliklə kollektivə qoşulacaq.
Qeyd edək ki, Norveç millisinin üzvü sonuncu dəfə dekabrın 6-da “Aston Villa” ilə matçda meydana çıxıb.