“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro klubu tərk etməyə hazırlaşır. Matc.az xəbər verir ki, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanına köçməsi gözlənilir.

Çünki futbolçunun meneceri müvəkkilinin xidmətlərini “Əl-Nəsr” klubuna təklif edib. Ərəblər bu varianta müsbət yanaşırlar. Tərəflər keçiddə ortaq məxrəcə gəlsələr, bu ay transfer rellaşacaq.

Qeyd edək ki, Kasemironun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest