“Mançester Yunayted” “Tottenhem”in müdafiəçisi Serxio Reqilonla icarə müqaviləsinin vaxtından əvvəl ləğvi ilə bağlı bəndi aktivləşdirib. Matc.az xəbər verir ki, bu barədə “mankunianlar” rəsmi sayt vasitəsilə məlumat yayıb.

“Mançester Yunayted” onu yay transfer pəncərəsi zamanı icarəyə götürmüşdü. İspaniyalı “qırmızı şeytanlar”ın heyətində 12 oyun keçirib. Dortmund “Borussiya”sı 27 yaşlı cinah oyunçusunu qışda icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Serxio Reqilonun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest