"Mançester Yunayted"in vingeri Ceydon Sanço "Borussiya"ya qayıdır. 

Matc.az xəbər verir ki, 22 yaşlı ingilis 2023-2024 mövsümünün sonuna kimi icarə əsasında Almaniya klubunda çıxış edəcək. Sançonun “Borussiya”ya icarəyə verilməsi rəsmi olaraq yanvarın 5-də açıqlanacaq. Mənbə iddia edir ki, tərəflər hələ sövdələşmənin son detallarını həll etməlidirlər. Bundan sonra futbolçu Almaniyaya gedəcək.

Qeyd edək ki, Ceydon Sanço 2023-cü ilin yayından komandanın heyətində yer almağı dayandırıb. Bu, onun “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla açıq münaqişəyə girməsi səbəbindən baş verib. Sanço 2017-ci ilin avqustundan 2021-ci ilin iyuluna kimi Dortmund "Borussiya"sında çıxış edib. Məhz oradan “Mançester Yunayted”ə keçib. Daha sonra transfer məbləği 85 milyon avro təşkil edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir. "Transfermrkt" portalı Ceydonun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest