"Latsio"nun qapıçısı İvan Provedel 2023-cü ildə komandanın ən yaxşı oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rus köklü italyan qolkiper 60,6 faizlə azarkeşlərin səsini qazanıb. İkinci yeri ispan müdafiəçi Patrik (20,8%), üçüncü yeri ispaniyalı hücumçu Luis Alberto (18,5%) tutub.

Qeyd edək ki, sentyabrda Provedel Çempionlar Liqası çərçivəsində "Atletiko" ilə matçda (1:1) qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest