"Jirona"nın həmtəsisçisi Pere Qvardiola "Çelsi"nin ukraynalı hücumçusu Artem Dovbiklə maraqlanması ilə bağlı şayiələrə cavab verib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Son söz-söhbətlərə baxmayaraq, “Çelsi”dən Artem Dovbik üçün heç bir təklif almadıq. Biz heç kimi satmaq istəmirik”.

Qeyd edək ki, bu mövsüm Dovbik bütün turnirlərdə "Jirona"nın 21 matçında 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest