"Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Ağ-qaralar"ın "Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandanın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest