"Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu transferini həyata keçirib.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yeni transfer 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest