“Əl-Nəsr”ın 38 yaşlı hücumçusu Kriştiano Ronaldo kolleksiyasına daha bir titul əlavə edəcək. Matc.az xəbər verir ki, o, ilin ən yaxşı bombardiri üçün Maradona mükafatına layiq görüləcək.

Mükafat yanvarın 19-da “Dubai Globe Soccer Awards” 2023-də təqdim olunacaq.

Beşqat “Qızıl top”un sahibi 2023-cü ildə “Əl-Nəsr” və Portuqaliya millisində ümumilikdə 54 qol vurub. Portuqaliyalı qolçular yarışında PSJ-nin hücumçusu Kilian Mbappe (52 qol) və “Bavariya”nın üzvü Harri Keyni (52) qabaqlayıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 18 matçda 20 qol vurub, 9 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest