“Brentford” klubu “Arsenal” və “Çelsi”nin maraq dairəsində olan hücumçusu İvan Tonini satmağa razılıq verib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yalnız bir şərtlə 27 yaşlı forvardının transferinə icazə verəcək.
Bunun üçün London klubları 115 milyon avro ödəməyə razılıq verməlidi. Ancaq baş məşqçi Tomas Frank qış fasilsində onu satmaq fikrində olmadıqlarını söyləyib.
İvan ötən ilin mayında mərc oyunlarının təşkili qaydalarını pozduğuna görə 8 ay müddətinə futboldan uzaqlaşdırılmışdı. Futbolçunun diskvalifikasiya müddəti yanvarın 16-da başa çatacaq. Onun mövsümün sonunda daha iddialı kluba keçməsi istisna edilmir.
Qeyd edək ki, İvan Toni ötən mövsüm bütün turnirlərdə 35 oyunda 21 qol vurub, 5 məhsuldar ötürmə verib.