“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao qərarını verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonuna qədər “Qarabağ”da qalacaq.

Avropanın bir neçə klubunun maraq dairəsində olan 26 yaşlı dayaq yarımmüdafiəçisini xüsusən də “Ferensvaroş” transfer etməkdə israrlı idi. Lakin Romao təkliflərə baxmayaraq, ən azı mövsümün sonuna qədər Azərbaycan klubunda qalmağı qərarlaşdırıb.

Ancaq bu da “Ferensvaroş”u fikrindən daşındırmır. Macarıstan klubu yayda onun üçün yenidən cəhdlərini davam etdirəcək.

Qeyd edək ki, Julio Romaonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest