Azərbaycan millisinin məşqçisi Arif Əsədov klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu məqsədlə yanvarın 8-də Antalyaya gedəcək.

Azərbaycan millisinin məşqçisi Arif Əsədov klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu məqsədlə yanvarın 8-də Antalyaya gedəcək.

Ayın 13-dək Türkiyədə qalacaq A.Əsədov orada təlim-məşq toplanışında olacaq Premyer Liqa komandalarının yoxlama oyunlarını izləyəcək. Mütəxəssis yanvarın 13-də Bakıya qayıdacaq və ölkə daxilində hazırlıq keçən kollektivlərin sınaq matçlarına baxacaq.

Qeyd edək ki, “Neftçi”, “Sabah”, “Səbail”, “Turan Tovuz” və “Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə, digər komandalar isə ölkə daxilində keçirəcəklər. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest