05 Yanvar 2024, 14:56
FUTBOL
“Tottenhem”in müdafiəçisi Erik Dayer “Bavariya”ya keçə bilər. Matc.az xəbər verir ki, futbolçunun London klubu ilə müqaviləsi mövsümün sonuna kimidi.
29 yaşlı oyunçu “Bavariya” ilə şəxsi müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb. Yanvarın 1-dən Dayerin başqa klublarla danışıqlar aparmaq və ilkin müqavilə bağlamaq hüququ var.
Erik bu mövsüm “Tottenhem”in heyətində İngiltərə Premyer Liqasında cəmi 4 oyun keçirib.