05 Yanvar 2024, 15:08
FUTBOL
“Kəpəz”in qış fasiləsində yola salmaq istədiyi ilk futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Vladislav Vasilyuçekin performansından məmnun deyil.
Mövsümün əvvəlində “Slutsk”dan “Kəpəz”ə keçən 30 yaşlı qolkiper karyerasında ilk dəfədir Belarusdan kənarda legioner həyatı yaşayır. Lakin onun çıxışı ürəkaçan olmayıb. Təsadüfi deyil ki, Vasilyuçek Premyer Liqada cəmi 6 oyun keçirib.
Qapıçının “Kəpəz”lə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, elita təmsilçisi onun qalmasını istəmir.