11 Yanvar 2024, 21:18
FUTBOL
Çimkəndin “Ordabası” ilə Kostanay “Tobol”u arasında Qazaxıstan Superkuboku uğrunda qarşılaşmanın Türkiyədə keçirilmə ehtimalı var.
Matc.az xəbər verir ki, ötən mövsüm ölkə kubokunu qazanan “Tobol” görüşü qapalı arenada keçirməyi təklif etsə də, “Ordabası” bu variantdan imtina edib.
Çimkəndlilər Qazaxıstanın Peşəkar Futbol Liqasına oyunun Munaytpasov adına Mərkəzi Stadionunda (komandanın ev arenası) təşkili imkanını nəzərdən keçirməyi təklif ediblər. Bununla belə, oyun zamanı ot örtüyünün keyfiyyətinin minimum tələblərə cavab verməyəcəyi ilə bağlı narahatlıqlar var, ona görə də liqa bu variantdan imtina edib. Eyni səbəbdən Almatıdakı Mərkəzi Stadion variantını nəzərdən keçirmədilər.
“Astana Arena” isə dekabr ayından yenidənqurma üçün bağlanıb.
Superkubok oyunu fevralın sonu və ya martın əvvəlində baş tutmalıdır.