Bakıda milli komandalar arasında mini turnir keçiriləcək. Matc.az xəbər verir ki, bu, FİFA-nın “FİFA series” adlanan yeni layihəsinə əsasən baş tutacaq.
FİFA təqviminə salınan rəsmi yoldaşlıq görüşlərinin əvəzinə fərqli konfederasiyalardan ibarət yığmaların iştirakı ilə bu turnir təşkil olunacaq. Yarışda 4 komanda mübarizə aparacaq.
Belə turnirlərdən biri martda Bakıda olacaq. Yarışın iştirakçıları da artıq məlumdu. Bunlar Azərbaycan millisi ilə yanaşı, Avropadan Bolqarıstan, Afrikadan Tanzaniya, Asiyadan isə Monqolustan yığmaları olacaq.
İlk dəfə təşkil olunacaq turnirin təqvimi, püşkatma tarixi və matçların oynanılacağı stadionlar hələ bəlli deyil.
FİFA-nın yeni layihəsini dəstəkləyən AFFA təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini vurğulayıb.