İtaliya Kubokunun 1/8 final mərhələsində “Frosinone” ilə keçirilən oyun “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 56 yaşlı mütəxəssis “qoca sinyora”nın sükanı arxasında 400-cü görüşünə çıxıb.

2021-ci ildən Turin təmsilçisini çalışdıran Alleqri komandada 400 oyun səddinə çatan üçüncü məşqçidi. Hazırda o, yalnız Covanni Trapattoni (596) və Marçello Lippidən (405) geri qalır. Mütəxəssis 2014-2019-cu illərdə də A seriyası klubuna rəhbərlik edib.

Qeyd edək ki, “Frosinone”ni 4:0 hesabı ilə məğlub edən “Yuventus” 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest