12 Yanvar 2024, 10:28
FUTBOL
“Barselona” itki ilə üzləşib. Matc.az xəbər verir ki, kataloniyalıların vingeri Rafinya sıradan çıxıb.
Braziliyalı hücumameyilli futbolçu İspaniya Superkubokunun yarımfinal mərhələsində “Osasuna” ilə keçirilən qarşılaşmada zədələnib. Sol budundan xəsarət alan 27 yaşlı “sambaçı”nın yaşıl meydanlara nə vaxt dönəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, “Osasuna”nı 2:0 hesabı ilə məğlub edən “Barselona” yanvarın 14-də “Real”la finalda üz-üzə gələcək.