“Napoli”nin yarımmüdafiəçisi Matteo Politanonun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu A seriyası klubunda çıxışını davam etdirəcək.

Neapollular İtaliya millisinin üzvü ilə yeni müqaviləni razılaşdırıb. Anlaşmaya görə, Politano müqaviləsini 2028-ci ilə qədər uzadacaq. O, 2020-ci ildən hazırkı komandasının formasını geyinir.

Qeyd edək ki, Matteo Politano bu mövsüm 25 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest