“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi bu dəfə “Neftçi”nin maraq dairəsinə düşüb.

Bildirilib ki, “ağ-qaralar” 23 yaşlı oyunçu ilə artıq danışıqlara başlayıb. Həmçinin, Xorvatiya klubub “Hayduk” da ukraynalının keçidində maraqlıdı. Kaşuk özü isə “Şaxtyor”da az oyun şansı əldə etdiyi üçün ayrılmağa qarşı deyil.

Qeyd edək ki, Aleksey Kaşuk 2022-23 mövsümündə “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 31 oyunda 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest