"Bu mövsüm “Sabah”ın heyətində, demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı".
“Məni inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkür edirəm”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi İldar Alekperov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Sabah”dan icarəyə götürülən 22 yaşlı hücumçu təəsüratlarını bölüşüb: “Bu mövsüm “Sabah”ın heyətində, demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündü “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa zaman lazımdı. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdı, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır”.
O, hələ fiziki cəhətdən tam hazır olmadığını etiraf edib: “Zirə” ilə yoxlama görüşündə fasilədən sonra oyuna qoşuldum. Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var. Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidi. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”.