“Turan Tovuz”un müdafiəçisi Sərtan Taşkın rəsmən “Manisa”ya keçib. Matc.az xəbər verir ki, Türkiyə klubu transferi açıqlayıb.

Bildirilib ki, Azərbaycan millisinin 26 yaşlı sağ cinah müdafiəçisi TFF I Liqa klubu ilə il yarımlıq müqavilə imzalayıb.

Sərtan açıqlamasında transferdən məmnunluğunu ifadə edib: “Bu komandaya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam”.

Qeyd edək ki, Sərtan Taşkın mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada keçirdiyi 16 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest