Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.
Yanvarın 30-u və 31-nin hər birində iki qarşılaşma olacaq. Əsas diqqətçəkən duel “Sabah”la “Qarabağ” arasında baş tutacaq. Premyer Liqada işləri yolunda getməyən bakılılar əvvəlcə rəqibini “Bank Respublika Arena”da qəbul edəcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
30 yanvar (çərşənbə axşamı)
15:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”
31 yanvar (çərşənbə)
16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”
19:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”