13 Yanvar 2024, 10:02
FUTBOL
"Birmingem"in yarımmüdafiəçisi Cordan Ceyms karyerasını A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə "Atalanta" ciddi maraqlanır. Klublar arasında danışıqların ilk mərhələsi gələn həftə başlayacaq.
Bu mövsüm Ceyms "Birmingem"in heyətində 27 oyun keçirib və 5 qol vurub.