Mövsümün ikinci yarısına hazırlığı davam etdirən "Neftçi" 2-ci yoxlama matçını keçirib.

Matc.az xəbər verir ki, Bakı klubu Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində gerçəkləşən təlim-məşq toplanışının son günündə Almaniya 3-cü liqa təmsilçisi "Sportverein Valdhof"la qarşılaşıb.

Miodraq Bojoviçin yetirmələri aşağı liqa klubu ilə qarşılaşmada böyük hesabla məğlub olub. Bu, "ağ-qaralar"ın ikinci məğlubiyyəti olub. “Neftçi” bunadək Türkiyə təmsilçisi “Erzurumspor”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Bojoviçin komandası mövsümün ikinci yarısına yanvarın 21-də “Sabah”la görüşlə start verəcək.

Yoxlama oyunu

13 yanvar
16:00. "Neftçi" – "Sportverein Valdhof" (Almaniya) - 0:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest