13 Yanvar 2024, 17:00
FUTBOL
“Qranada” “Verona” və Kamerun millisinin yarımmüdafiəçisi Martin Honqlanı transfer edib.
Matc.az xəbər verir ki, transfer məbləği 3 milyon avro olub. Müqavilə 2027-ci ilin yayına kimi imzalanıb.
Honqla A Seriyasında və İtaliya Kubokunda cari mövsümdə 17 oyun keçirib. "Transfermarkt" portalı 25 yaşlı dayaq yarımmüdafiəçini 2,8 milyon avro dəyərində qiymətləndirir.