"İrəvan"da çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə legioner həyatı yaşayacaq.

Matc.az saytının əldə etdiyi məlumata görə, 31 yaşlı mərkəz müdafiəçisi Kosovanın "Fuşe Kosova" klubu ilə razılıq əldə edib. Transfer məşhur türk menecer Fırat Totik sayəsində baş tutub.

Kosova təmsilçisi yerli çempionatda cari mövsüm 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, Kosova Superliqasında 10 komanda iştirak edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest