14 Yanvar 2024, 18:00
FUTBOL
"Cenoa" "Milan"dan icarəyə götürdüyü yarımmüdafiəçi Junior Messiasın müqaviləsindəki satınalma maddəsini aktivləşdirib.
Matc.az xəbər verir ki, sövdələşmənin ümumi məbləği 3 milyon avro təşkil edəcək.
Braziliyalı bu mövsüm A Seriyasında İtaliya klubunun heyətində 9 oyun keçirib və 1 qol vurub.