14 Yanvar 2024, 22:47
FUTBOL
“Bornmut”un yarımmüdafiəçisi Hamed Traore İtaliyaya köçür. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu “Napoli”nin formasını geyinməyə hazırlaşır.
Neapol təmsilçisi Fil Dişi Sahili millisinin üzvü ilə bağlı onun həm özü, həm də klubu ilə ortaq məxrəcə gəlib. Traore tibbi müayinədən keçmək üçün artıq İtaliyaya yollanıb. Anlaşmaya əsasən, hücumameyilli oyunçu mövsümün sonuna kimi A seriyası təmsilçisində icarə əsasında oynayacaq. Ancaq “Napoli” onu yayda 25 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Hamed Traore bu mövsüm “Bornmut”un heyətində 6 oyun keçirib.