“Real”ın prezidenti Florentino Peres İspaniya Superkubokunun finalında “Barselona”nı darmadağın etdikləri oyunda rekorda imza atıb. Matc.az xəbər verir ki, o, “kral klubu”nda 33-cü kubokunu qazanmaqla bunu reallaşdırıb.

Peres 32 kuboku olan Santyaqo Bernabeunu qabaqlayaraq, Madrid təmsilçisinin tarixində ən titullu prezident olub.

Qeyd edək ki, “Real” Səudiyyə Ərəbistanında keçirilən qarşılaşmada əzəli rəqibini 4:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest