“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, adıçəkilən komanda XVII turda “Portu” ilə qarşılaşıb.

Artur Jorjenin yetirmələri səfər qarşılaşmasında güclü rəqibinə 0:2 hesabı ilə məğlub olub. “Braqa” hazırda 33 xalla turnir cədvəlinin 4-cü pilləsindədi. “Portu” isə 38 xalla 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest