15 Yanvar 2024, 18:21
FUTBOL
Azərbaycan Premyer Liqasının liderləri yoxlama oyununda üz-üzə gəlib. Matc.az xəbər verir ki, təlim-məşq toplanışını Bakıda keçirən “Qarabağ”la “Zirə” qarşılaşıb.
Çempionatın lideri olan Ağdam təmsilçisinin ən yaxın izləyicisi ilə dueli Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Qeyd edək ki, buna qədər “Qarabağ” əvəzedici komandası (7:2), “Zirə” isə “Araz-Naxçıvan”la (2:1) yoxlama görüşü keçirib.
Yoxlama görüşü
15 yanvar
15:00. “Qarabağ” – “Zirə” - 4:0
Qollar: Leandro Andrade, 64, Riçard Almeyda, 108, Redon Cica, 111, Nəriman Axundzadə
Bakı, Tofiq Bəhramov adına Respublika stadionunda