15 Yanvar 2024, 10:26
FUTBOL
“İnter” İtaliya A seriyasının XX turunda səfərdə “Monza”ya 5:1 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, bu, milanlılar üçün əlamətdar olub.
Belə ki, “neradzurra” İtaliya çempionatında iştirak etmiş bütün 67 kluba səfərdə ən azı bir dəfə qalib gələn ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, “İnter” hazırda 51 xalla ölkə çempionatına başçılıq edir.