İspaniya Superkubokunda “Barselona” ilə keçirilən final oyunu “Real”ın hücumçusu Vinisius Junior üçün əlamətdar olub. Matc.az xəbər verir ki, braziliyalı forvard 2 illik tilsimi qırıb.
Belə ki, “sambaçı” ilk hissədə het-trik etməklə, komandasının qələbəsinə töhfə verib. Bununla Vinisius 2022-ci ilin mayından bəri ilk dəfə bir görüşdə 3 qol vurub. Həmin vaxt o, “Levante”ni 6:0 hesabı ilə üstələdikləri qarşılaşmada rəqibi 3 dəfə mərkəzə dəvət etmişdi.
Vinisius dünənki qarşılaşmanın artıq ilk 39 dəqiqəsində “Barselona”nın qapısına 3 dəfə yol tapmağı bacarıb. Bununla o, XXI əsrdə “El Klasiko”da ən erkən het-trik edən oyunçu olub.
Vinisius həm də “Real” tarixində “El Klasiko”da het-trik müəllifi olan ilk braziliyalıdı.
Qeyd edək ki, “Real” “Barselona”nı ?:? hesabı ilə məğlub edərək Superkuboku qazanıb.