“Onun üçün hər şey yaxşı gedirdi. “Dinamo”nun U-21 komandasında birlikdə çalışdıq, sonra Belkeviç U-19-a rəhbərlik etdi və çempion oldu”. Bunu Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Xatskeviç vaxtilə Azərbaycanda çıxış etmiş keçmiş komanda yoldaşı Valentin Belkeviç barədə danışarkən deyib.

“Onun üçün hər şey yaxşı gedirdi. “Dinamo”nun U-21 komandasında birlikdə çalışdıq, sonra Belkeviç U-19-a rəhbərlik etdi və çempion oldu”. Matc.az xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Xatskeviç vaxtilə Azərbaycanda çıxış etmiş keçmiş komanda yoldaşı Valentin Belkeviç barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis həmkarının 2014-cü ildəki ölüm səbəbi barədə ölkəsinin mətbuatına açıqlama verib. O, Belkeviçin 41 yaşında vəfat etməsinə görə “Dinamo” rəhbərliyini günahlandırıb:

“Orada nə baş verdiyini yaxşı bilirəm. Amma bu barədə danışmaq istəmirəm. Çünki “Dinamo”da kifayət qədər tanınmış insanlar var. Valentinin müqaviləsi bitəndə onu yeniləmədilər. Bunu kimin istədiyini bilirəm. Həmin vaxtdan həyatında eniş yaşandı, mən onu çuxurdan çıxara bilmədim. Klub prezidenti və onun qardaşı ilə əlaqə saxladım, amma vaxt çatmadı. Artıq hər şeyi razılaşdırmışdıq, Belkeviç qayıdacaqdə. Amma “bataqlığa düşmüşdü” və qayıtmamaq qərarına gəldi. Depressiya, alkoqol və s. Artıq onu geri qaytara bilmərik”.

Qeyd edək ki, Valentin Belkeviç 2008/2009 mövsümündə Azərbaycanda “İnter”in (indiki “Şamaxı”) formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest