15 Yanvar 2024, 20:04
FUTBOL
Qış təlim-məşq toplanışını Türkiyədə keçən “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antalyada ikinci sınağını verib.
Şahin Diniyevin yetirmələri Rusiya klubu “Fakel”lə qarşılaşıb.
Qeyd edək ki, “Səbail” ilk yoxlama matçında Rumıniya klubu “Universitatya Kluj”la qolsuz bərabərə qalıb.
Yoxlama oyunu
15 yanvar
18:00. “Səbail” – “Fakel” (Rusiya) 0:1
Antalya, “Miracle Resort” hotelinin idman mərkəzi