Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama görüşləri keçirməklə yanaşı, heyətini gücləndirməklə də məşğuldu. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bir neçə əcnəbini baxışa dəvət edib.
Hazırda konkret olaraq 4 yeni futbolçu Ayxan Abbasovun sərəncamındadı. Onlar argentinalı mərkəz yarımmüdafiəçisi Junior Akosta, braziliyalı sol cinah müdafiəçisi Vieyra, salvadorlu mərkəz müdafiəçisi Gian Martimo və meksikalı sağ cinah müdafiəçisi Emmanuel Ortunodu. Martimo Salvador millisinin üzvüdü.
Adıçəkilən oyunçular “Turan Tovuz”un Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirəcəyi yoxlama görüşlərində baxışdan keçiriləcəklər. Məhz həmin qarşılaşmalardan sonra məşqçilər korpusu onlarla bağlı qərarı verəcək.